Əsəd Ərdoğana qarşı PYD ilə birləşir - Fakt

Əsəd Ərdoğana qarşı PYD ilə birləşir - Fakt
  28 Oktyabr 2016    Oxunub:2604
Keçən ay Rusiyanın təşkilatçılığı ilə Suriyada hakimiyyətdə olan Bəşər Əsəd ilə ölkənin bir hissəsinə nəzarət edən kürdlərin PYD qruplaşması arasında görüşün keçirilidiyi məlum olub.
AzVision.az Türkiyənin “Cumhuriyyət” qəzeti istinadən xəbər verir ki, gizli keçirilən görüşdə kürd tərəfi Suriyanın federasiyaya çevrilməsini, kürdlərin hərbi qüvvəsi sayılan YPG-nin isə bu quruluş çərçivəsində asayişi təmin edən güc olmasını təklif edib.

Kürd mənbələr, Suriyalı rəsmilərin bunları qəbul etməyəcəklərini bildirib. Lakin Rusiya tərəfi: “Bunları qəbul edəcəksiniz, siz etməsəniz də prezidentiniz (red - Əsəd) qəbul edəcəkdir” deyə bildirib. Nəşrin əldə etdiyi sənədlərə görə, Rusiya vasitəçiliyi ilə 17 Sentyabr günü, Afrinin 100 kilometr qədər cənubunda yerləşən Əl Humeyim bölgəsindəki rus bazasında baş tutan iclasda Suriya rejimi nümayəndələri, aralarında PYD-lilərin də olduğu bir qrup siyasi partiya nümayəndəsi və rus hərbi rəsmiləri iştirak edib.

İclasda PYD-li Fevzi Yusif, Suriya tərəfdən Luey Xarita, Suriyadakı Rus qüvvələrinin baş komandiri olan Polkovnik Olderfornikof Aleksandr Aleksandrovidiç iştirak edib. Sənəddə, Bəşər Əsəddən ən yüksək siyasi muxtariyyət tələb edən kürdlər onun adamlarına 9 maddəlik təkliflər toplusu təqdim edib. Bu sənəddə kürdlərə və digər etniklərə sosial və siyasi sərbəstliyin verilməsi, özünüidarə hüququnun tanınması, asayişin təmin edilməsi kimi məqamlar yer alıb.

Buna paralel olaraq digər etnik qrupların da oxşar hüquqları və üç kanton rəhbərliyi Suriya rejimi tərəfindən tanınmalı eyni zamanda bunlar Suriya konstitusiyasında öz əksini tapmalıdır. YPG və digər asayiş qüvvələrinin legitimliyi tanınmalı və onlar Suriya təhlükəsizlik qüvvələri kimi qəbul edilməlidir. Sənədə görə, iclasda hər iki tərəfin nümayəndələrinin iştirakı ilə birgə komitənin yaradılması təklif edilib. Bu komitənin vəzifəsi isə mərkəz ilə kantonlar arasındakı münasibətləri tənzimləmək və inkişaf etdirməkdir.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti