Ermənistanın daha bir əsgəri öldü - (VİDEOXƏBƏR)

Ermənistanın daha bir əsgəri öldü - (VİDEOXƏBƏR)
  06 Fevral 2017    Oxunub:4970
Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində düşmən ordusunun bir əsgəri ölüb.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, fevralın 6-da, saat 11:00 radələrində 1997-ci il təvəllüdlü Qor Hamazasp Qareginyan tərəflər arasında baş verən atışma zamanı ölüb.

Hazırda Ermənistan Müdafiə Nazirliyi faktla bağlı araşdırma aparır.

Azərbaycanın Müdafiə Nazirliyinin bu gün açıqladığı rəsmi məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 34 dəfə pozub.



Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti