Ermənistanda saxta avro hazırlayırlar

Ermənistanda saxta avro hazırlayırlar
  24 Sentyabr 2016    Oxunub:1783
Ermənistan saxta əskinazlar hazırlayan qrup həbs edilib.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata əsasən cinayətkar qruplaşma saxta avro hazırlayaraq onu dövriyyəyə buraxmaq istəyib. Lakin saxlanıldıqları üçün bunu edə bilməyiblər.

Cinayət işi ilə bağlı artıq 3 nəfər saxlanılıb. Cinayətkar qruplaşmanın başqa üzvləri də axtarılır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti