Ermənistanda müharibə veteranı aclıq elan etdi

Ermənistanda müharibə veteranı aclıq elan etdi
  21 Aprel 2015    Oxunub:1747
Ermənistan paytaxtında Qarabağ müharibəsi veteranı Xaçik Avetisyan müxalif “Müəssislər Məclisi” təşkilatı liderləri və fəallarının həbsdən azad edilməsi tələbi ilə aprelin 20-dən aclıq aksiyasına başlayacağını deyib.

Müharibə veteranı ötən həftə “24 aprel tarixində kütləvi tədbirlər keçirilən yerlərdə kütləvi iğtişaşlar hazırlamaq” ittihamı ilə həbs olunmuş “Müəssislər Məclisinin” 5 üzvündən başqa, daha “11 siyasi məhbusun” azad edilməsini tələb edir.

Avetisyan “Müəssislər Məclisi” fəallarının müdafiəsinə cümə günü keçirilən mitinqdə bəyan etmişdi ki, aclıq aksiyasında 40-dək müharibə veteranı iştirak edəcək.

Onlar həmçinin “hərbi veteranların haqları uğrunda” fasiləsiz etiraz aksiyaları keçirən və ötən il fırıldaqçılıq maddəsi üzrə 6 il müddətinə həbsə məhkum edilmiş polkovnik Volodya Avetisyanın və xuliqanlıq maddəsi ilə 1 ildən 7 ilədək azadlıqdan məhrum edilmiş Şant Harutyunyan və onun yoldaşlarının azad edilməsini tələb edirlər. (bbc)


Teqlər:





Xəbər lenti