Ermənistanda kişilərin sayı azalır

Ermənistanda kişilərin sayı azalır
  27 May 2016    Oxunub:3070
Ermənistanın Statistika Xidmətinin yaydığı rəsmi məlumata görə, ölkə üzrə kişilərin sayı sürətlə azalır. Bunun əksinə əhalinin tərkibində qadınların sayı sürətlə artmaqdadır.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2016-cı ilin son statistikasına əsasən Ermənistan əhalisinin sayı 3 milyon 27 min 262 nəfərdir.

Əhalinin tərkibində kişilər (46,5%), qadınlar isə (53,5%) təşkil edib. Statistikadan da göründüyü kimi, bu ölkədə kişilərin sayı ilbəil azalır.

Bundan əlavə qeyd olunub ki, Ermənistanda hər il 27 min insan ölür. 118 Ermənistan vətəndaşı çətin həyat şəraiti ilə əlaqədar ölkəni tərk edib.

AzVision.az


Teqlər:





Xəbər lenti