Ermənistana qarşı iddia Avropa Məhkəməsində

Ermənistana qarşı iddia Avropa Məhkəməsində
  09 Oktyabr 2015    Oxunub:2205
Avropa İnsan Hüquqları Məhkəməsi "Artur Akopyan Ermənistan Respublikasına qarşı" adlı işə baxacaq.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, məhkəməyə iş üzrə vəkillər Ervand Varosyan və Lusine Saakyan müraciət ediblər.

Qeyd edək ki, 2009-cu il iyunun 27-də yol polisi əməkdaşları küçədə A.Akopyanı dava etməyə təhrik edib və şöbəyə apararaq döyüblər. Nəticədə onu hakimiyyət nümayəndəsinə güc tətbiqində ittiham edərək həbs ediblər.

Məhkəmədə qaldırılmış iddiaya əsasən iş çərçivəsində Avropa İnsan Haqları Konvensiyasının lll maddəsi (işgəncə verilməsinin qadağan edilməsi) pozulub.


Teqlər:  





Xəbər lenti