Ermənistan MTX qiyamçılara xəbərdarlıq etdi
“Ermənistan Polisinin patrul-mühafizə alayının binasını nəzarətdə saxlayan silahlı qruplaşma üzvləri yeni cinayətlər törətməməklə bağlı çoxsaylı çağırışların əksinə olaraq hüquq-mühafizə orqanları əməkdaşlarının həyat və sağlamlığına qəsd etməyə, onların əmlakını məhv etməyə davam ediblər. Cinayətkar qrupun niyyətləri və fəaliyyətləri barədə məlumatlı olduğumuz üçün xəbərdarlıq edirik: İnsanların həyat və sağlamlığına olan bütün təhdidlər qanuni cavab tədbirləri ilə dərhal neytrallaşdırılacaq”.
Qeyd edək ki, iyulun 17-dən “Sasna çrer” silahlı qrupu Ermənistan Polisinin patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını nəzarətdə saxlayır.
AzVision.az
Teqlər: