Ermənistan ordusunda ağır itki - 4 ölü, 1 yaralı var

Ermənistan ordusunda ağır itki - 4 ölü, 1 yaralı var
  23 Yanvar 2017    Oxunub:27747
Son bir həftə ərzində Ermənistan ordusunda itkilərin sayı kəskin artıb.

AzVision.az xəbər verir ki, həftə ərzində Ermənistan ordusu 4 hərbçisini itirib, bir hərbçi isə yaralanıb.

Yanvarın 16-da 2 erməni əsgər ölüb. Belə ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yaralanan erməni əsgər Qarik Vardanyan İrəvanda hərbi hospitalda ölüb.

Həmin gün saat 12:35 radələrində Qarabağın cənub istiqamətində yerləşən düşmən hərbi hissələrindən birinin əsgəri 1995-ci il təvəllüdlü Arayik İqor Sarkisyanın meyiti aşkar edilib.

Yanvarın 16-da saat 23:55 radələrində əsgər, 1997-ci il təvəllüdlü Qurqen Sarkisyan kiçik çavuş tərəfindən güllələnib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Daha öncə isə erməni əsgərin ehtiyatsızlıq nəticəsində özünü güllələdiyi haqda məlumatlar yayılmışdı. Hətta intihar versiyaları da müzakirə edilirdi.

Yanvarın 18-də, saat 14:00 radələrində 1997-ci il təvəllüdlü Andranik Smbat Musikyan cəbhədə baş verən atışma zamanı ölüb.

Son olaraq, bu gün cəbhədə Ermənistan tərəfinin təxribatı nəticəsində baş verən atışmada Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində müqavilə əsasında xidmət aparan 1995-ci il təvəllüdlü Karen Marat Ulubabyan öldürülüb.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər:  





Xəbər lenti