Ermənilər raketlə vuruldu

Ermənilər raketlə vuruldu
  24 Yanvar 2015    Oxunub:4787
Suriyanın Hələb şəhərində ermənilərin sıx məskunlaşdıgı məhəllə raket atəşinə məruz qalıb.
Şəhərin Tilel küçəsində erməni katolik icması və kilsəsi yerləşir. Ermənilərin evləri yerlə bir edilib.

Qeyd edək ki, ötən gün də axşam saatlarında da ermənilərin yaşadığı məhəllə raketlərlə atəşə tutulmuşdu. Raket zərbələri nəticəsində kilsə, mağaza, yaşayış binaları, həmçinin avtomobillər dağılmışdı.

Yanvarın 9-da Hələb şəhərinin erməni kvartalı raket atəşinə məruz qalıb. Həmin vaxt Müqəddəs Rita kilsəsi dağılmışdı.

Qeyd edə ki, Suriyada ermənilər əsasən Hələbdə və Dəməşqdə yaşayırlar. Müharibənin başlanana qədər ölkənin erməni icmasını təxminən 80 min insan təşkil edirdi. Hal-hazırda təxminən 20 min erməni Suriyanı tərk edib.

Qeyd edək ki, 4 il ərzində Suriyada təxminən 200 erməni ölüb.(Ans)


Teqlər:





Xəbər lenti