Ermənilər Kürü çirkləndirir

Ermənilər Kürü çirkləndirir
  22 Fevral 2017    Oxunub:1208
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə fevral ayının ikinci ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.
Departamentdən AzVision.az-a verilən məlumata görə, fevral ayının ikinci ongünlüyündə Kür çayında suyun sərfi fevral ayının birinci ongünlüyünə nisbətən saniyədə 15 kubmetr artaraq saniyədə 138 kubmetr təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.4, Ağstafaçayda 4, Ağstafaçay su anbarında isə 3.4 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Fevral ayının ikinci ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, fenollar Araz çayı üzrə Horadizdə 2.4, I Şahsevəndə 2.7, Bəhramtəpədə isə 2.3 dəfə YVQH-ni keçib. Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.75-6.80 milliqram litr arasında olmaqla sanitar norma daxilində dəyişib.

AzVision.az


Teqlər:





Xəbər lenti