Erməni nazirin mühafizəçiləri həbs edildi

Erməni nazirin mühafizəçiləri həbs edildi
  25 May 2016    Oxunub:2250
Ermənistanın nəqliyyat və rabitə naziri Qaqik Beqlaryanın 4 mühafizəçisi davaya görə həbs edilib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Bildirilib ki, Ermənistan polisi hadisəni gizlətməyə çalışsa da, ölkənin Baş Prokurorluğunun ictimaiyyətlə əlaqələr şöbəsi faktı təsdiqləyib.

Nazirin mühafizəçilərinə qarşı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərbə vurma maddəsi ilə cinayət işi açılıb. Bu maddə ilə ittiham olunan şəxslərə isə 5 ildən 10 ilədək həbs cəzası verilir.

Məlumata əsasən, nazir və onun ətrafı hadisəni ictimaiyyətdən gizli saxlamağa çalışır. Beqlaryan jurnalistlərin telefon zənglərinə cavab vermir.

Hadisənin səbəbinə gəlincə, məlum olub ki, 2-3 ay əvvəl nazirin mühafizəçiləri "Venesiya sarayı" adlı restoran kompleksinin sahibinin bizneslə məşğul olan 25 yaşlı oğlu Sergey Abovyanı döyüblər.

Abovyanın "Goodlife", "Gallery of Brands" kimi Ermənistanda tanınmış bir neçə mağazası var.

Tərəflər bir-birilərinə yol vermədiklərinə görə, mübahisə ediblər. Sonda mübahisə əlbəyaxa davaya çevrilib. İş adamının oğlu nazirin mühafizəçiləri tərəfindən möhkəm döyülüb. O, ağır bədən xəsarəti alıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti