Erməni kəşfiyyatçıları təmas xəttini keçməyə cəhd etdi

Erməni kəşfiyyatçıları təmas xəttini keçməyə cəhd etdi
  26 İyul 2014    Oxunub:876
İylun 25-dən 26-a keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Goranboy rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Bu barədə Azvision.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.

Məlumata əsasən, silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb. Qısamüddətli şiddətli atışmadan sonra erməni bölmələri itki verərək geri çəkilməyə məcbur edilib.

Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti