Erməni diversantın istintaqı başa çatdı

Erməni diversantın istintaqı başa çatdı
  27 Aprel 2015    Oxunub:1716
Baqdasaryanın özü ilə gətirdiyi minalar Ermənistanın Kirovakan rayonundakı zavodda istehsal olunub.
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni hərbi qulluqçu Arsen Baqdasaryanın cinayət işi üzrə növbəti məhkəmə baxışı keçirilib.

AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə bu dəfə zərərçəkənlərin ifadələri dinlənilib və cinayət işinə əlavə olunan sənədlərlə tanışlıq olub. Bildirilib ki, təqsirləndirilən Arsen Baqdasaryanla bağlı keçirilən məhkəmə-tibbi və psixoloji ekspertizanın nəticələri təqsirləndirilən şəxsin Azərbaycana keçdiyi vaxt səhhətində və psixoloji durumunda heç bir pozğunluğun olmadığını göstərib. Daha sonra prosesdə cinayət işinə əlavə olunan sənədlərlə tanışlıq zamanı bildirilib ki, A.Baqdasaryanın özü ilə gətirdiyi minalar Ermənistanın Kirovakan rayonundakı zavodda istehsal olunub.

Bu gün eyni zamanda məhkəmə prosesinin yekunlaşdığı elnan olunub. Çıxış üçün söz dövlət ittihamçısına verilsə də, prokuror məhkəmədən vaxt istəyib. İttihamçı tərəfin dinlənilməsi üçün növbəti məhkəmə may ayının 4-nə təyin olunub.


Teqlər:  





Xəbər lenti