Erməni hərbçiləri aparan maşın çaya aşdı - 26 yaralı var (VİDEOXƏBƏR)

Erməni hərbçiləri aparan maşın çaya aşdı - 26 yaralı var (VİDEOXƏBƏR)
  02 Fevral 2017    Oxunub:9467
Ermənistanın Qafan vilayətində hərbçiləri aparan maşın çaya aşıb.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, hadisə Qafanın Qeği kəndində hərbi maşının idarəetməni itirməsi nəticəsində baş verib. Hadisə nəticəsində 26 hərbçi yaralanıb.

Onların vəziyyəti barədə məlumat verilmir. Hərbçilər dərhal xəstəxanalara aparılıb.

Ermənistan Müdafiə Nazirliyi faktla bağlı araşdırmalara başlayıb.





Eldar Tanriverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti