Ərəblər Azərbaycanda nə qədər pul xərcləyir?

Ərəblər Azərbaycanda nə qədər pul xərcləyir?
  28 İyul 2016    Oxunub:3595
Son iqtisadi proseslər fonunda Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan turistlər nisbətən aşağı büdcəli marşrutlar seçməyə başlayıblar.
AzVision.az APA-ya istinadən bildirir ki, bu barədə yerli turizm şirkətləri məlumat verib.

"Artıq BƏƏ-dən olan turistlər məzuniyyətini dəniz kənarında keçirmək niyyətində deyil. Onlar indiyədək olmadıqları ölkələri və şəhərləri kəşf etmək istəyirlər. Daha çox Sinqapur, Tayland, Malayziya, Maldiv adaları, Azərbaycan, Gürcüstan kimi ölkələr populyardır", - deyə turizm şirkətlərindən birinin rəhbəri bildirib.

Aşağı büdcəli marşrutlar arasında Azərbaycan və Gürcüstan göstərilib. Bildirilir ki, Azərbaycanda istirahət ərəblərə 490 dollara, Gürcüstanda isə 430 dollara başa gələcək.

AzVision.az


Teqlər:





Xəbər lenti