Ərdoğan onu toyuna çağıran gəncə vəzifə verdi

Ərdoğan onu toyuna çağıran gəncə vəzifə verdi
  25 May 2016    Oxunub:4233
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünə yeni baş müavir təyin edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni baş müşavir AKP-nin Gənclər Təşkilatının sədri olmuş Zəfər Çubukçudur.

O, Ərdoğanın sayca 26-cı müşaviridir. 1986-ci il təvəllüdlü yeni müşavir Karabükdə doğulub. O, ODTÜ universitetində İdarəetmə ixtisası üzrə təhsil alıb.

Ötən ay evlənən Çubukçunun nikah şahidi prezident Ərdoğan olub. Ölkə başçısı dövlət rəsmiləri ilə birlikdə Çubukçunun toy mərasimində iştirak edib.

Qeyd edək ki, Ərdoğan son dəfə parlament komissiyasında vəzifə tutan Ayşe Türkmenoğlunu baş müşaviri təyin etmişdi.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti