Ərdoğan Putin və Obamanı Türkiyəyə çağırdı

Ərdoğan Putin və Obamanı Türkiyəyə çağırdı
  20 Avqust 2014    Oxunub:2286
Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə bir sıra dövlət rəhbərləri dəvət olunub.
AzVision.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, mərasimə dəvət olunan liderlər arasında ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin də var.

Qeyd edək ki, Ərdoğanın avqustun 28-də Türkiyə Böyük Millət Məclisində keçirilən andiçmə mərasimində dövlət rəsmiləri, müxalifət partiyalarından olan nümayəndələr, xarici ölkələrin səfirləri, millət vəkilləri və mətbuat nümayəndələri iştirak edəcəklər.

Ərdoğan əvvəlcə Türkiyə Böyük Millət Məclisində and içəcək, bundan sorna isə Çankaya köşkündə prezident kürsüsünü təhvil alacaq.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti