Ərdoğan Papa ilə görüşə hazırlaşır

Ərdoğan Papa ilə görüşə hazırlaşır
  28 Noyabr 2014    Oxunub:1483
Roma Papası Fransisk bu gün üçgünlük səfərlə Türkiyəyə gəlir.
Bu barədə AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən Roma Papasının təyyarəsi bakı vaxtı ilə 15:00-da türkiyə paytaxtı Ankaraya enəcək. Hava limanında rəsmi qarşılamadan sonra papanın başçılıq etdiyi nümayəndə heyəti Atatürkün mavzoleyinə baş çəkəcək. Daha sonra Fransisk yeni prezident sarayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Bunda sonra Papa Türkiyənin dini qurumlarla iş üzrə İdarəsinə baş çəkəcək və onun rəhbəri Mehmet Görməzlə görüşəcək.

Növbəti gün isə papa İstanbula gedəcək. O, burada Müqəddəs Sofiya kilsəsi və Sultanəhməd məscidinə baş çəkəcək.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti