Elzanın namizədliyi qeydə alınmadı - Yenilənib

Elzanın namizədliyi qeydə alınmadı - Yenilənib
  08 Oktyabr 2015    Oxunub:5576
Əməkdar artist Elza Seyidcahanın deputatlığa namizədliyi qeydə alınmayıb.
Bu barədə AzVision.az-a 54 saylı Şabran-Siyəzən Dairə Seçki Komissiyasının sədri Saleh Təhməzov bildirib.

Onun sözlərinə görə, E. Seyidcahanın sənədlərində uyğunsuzluq olduğu üçün namizədliyi qeydə alınmayıb.

Qeyd edək ki, bəstəkar-müğənni mətbuata açıqlamasında namizədliyi üçün 10 min səs topladığını bildirmişdi. Bu xəbər qalmalaqla səbəb olmuşdu. DSK müğənnini təkzib edərək bunun mümkün olmadığını açıqlamışdı.

***

Məsələ ilə bağlı AzVision.az-a açıqlama verən Elza Seyidcahan namizədliyinin qeydə alınmamasından xəbərsiz olduğunu deyib. Əməkdar artist bildirib ki, bu barədə DSK tərəfindən ona məlumat verilməyib.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti