Elmar Vəliyev hesabat verdi

Elmar Vəliyev hesabat verdi
  20 Oktyabr 2016    Oxunub:1906
Gəncədə 2016-cı ilin 9 ayının yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.
AzVision.az-a daxil olan məlumata görə, iclasda 9 ayın statistik göstəricilərinə nəzər salınıb, ilin sonuna kimi görülməsi nəzərdə tutulan məsələlər müzakirə edilib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, ümumi daxili məhsulun həcminin 71,3 faizi qeyri-dövlət bölməsində istehsal edilməklə, ötən ilin 9 ayı ilə müqayisədə 6,0 faiz artıb.

İcra başçısı vurğulayıb ki, “Gəncəçay” park-bulvar kompleksinin davamı olaraq çayın sağ və sol hissəsində ümumilikdə 3.200 metr ərazidə müasir memarlıq üslubunda bulvar salınacaq. 2017-ci ilin ilk rübünə kimi aparılan işlərin başa çatdırılması qarşıya qoyulub.

Elmar Vəliyev məlumat verib ki, şəhərin Vəli Xuluflu küçəsində çayın kənarında yerləşən 129 evin də yaxın günlərədə söküntüsünə başlanılacaq. Köçürülən ailələr üçün dövlət hesabına fərdi yaşayış evlərinin tikintisinə başlanılacaq.

Elmar Vəliyev şəhərdə üç yeraltı keçidin inşa olunacağını da açıqlayıb. Keçidlər piyadaların sıx hərəkət etdiyi ərazilərdə tikiləcək. Diqqətə çatdırıb ki, noyabr ayında Gəncə şəhərində turizm, şərab və gənclər festivalı keçiriləcək. Gəncə Avropa Gənclər Paytaxtı 2016-nın bağlanış mərasimi də həmin dövrə təsadüf edəcək.

Elmar Vəliyev diqqətə çatdırıb ki, noyabr ayında Gəncə şəhərində turizm, şərab və gənclər festivalı keçiriləcək. Gəncə Avropa Gənclər Paytaxtı 2016-nın bağlanış mərasimi də həmin dövrə təsadüf edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti