Əliyevlə Sarkisyanın görüşü gözlənilirmi? - Açıqlama

Əliyevlə Sarkisyanın görüşü gözlənilirmi? - Açıqlama
  22 Oktyabr 2016    Oxunub:4959
“Həmsədrlərin regiona səfəri Vyana və Sankt-Peterburqdakı sammitlərdən sonra münaqişənin həlli prosesində irəliləmək üçün yaxşı imkan yaradacaq”.

AzVision.az xəbər verir ki, bunu erməni KİV-lərinə açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib. Onun sözlərinə görə, təmas xəttində atəşkəsin qorunması barədə razılaşma aparılan danışıqların başlıca şərtlərindən biridir.

Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə danışıb: “Ümidvarıq ki, tərəflər tezliklə görüşmək barədə razılaşacaqlar. Biz bu görüşü təşkil etməyimizə şad olardıq, amma, bu barədə prezidentlər qərar qəbul etməlidir. Artıq Azərbaycan prezidenti vurğulayıb ki Ermənistan prezidenti Serj Sarkisyanla görüşməyə hazırdır. Biz, həmçinin əminik ki, münaqişənin həllində irəliləyişə nail olmaq üçün ən yüksək səviyyədə dialoqun aparılması vacib şərtdir”.

Həmsədr eyni zamanda Dağlıq Qarabağ probleminin nizamlanması üçün münaqişə tərəfləri arasında hansı səviyyədə kompromisin əldə olunmasına münasibət bildirib: “Məhz münaqişə tərəfləri həll elementlərinə dair razılıq əldə etməlidirlər. Bu elementlər illərdir müzakirə edilib və prezidentlərin uzunmüddətli sülhün bərqərar olması üçün zəruri siyasi iradə göstərməsi üçün artıq vaxt yetişib”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti