Əli Kərimlidən İsa Qəmbərə hücum - Qırğın başladı

Əli Kərimlidən İsa Qəmbərə hücum - Qırğın başladı
  21 Oktyabr 2014    Oxunub:6918
YAP-çı millət vəkili Aydın Mirzəzadənin Müsavat Partiyasının Məclis üzvü, keçmiş deputat İkram İsrafilin oğlunun toy mərasimində iştirak etməsi AXCP sədri Əli Kərimli və dəstəsində qıcıq yaradıb.
Müsavat yetkililərinin Aydın Mirzəzadə ilə bir masa arxasında əyləşməsini qınayan cəbhəçilər Müsavata və partiya funksionerlərinə qarşı sosial şəbəkələrdə “müharibə” açıblar.

AXCP üzvü Natiq Adilovun yazdığı bu status tərəflər arasında vəziyyəti daha da gərginləşdirib:

“Fotolara baxanda isə ürəyim bulandı. Həm də özümüzü də qınadım. Gör, bu neçə ildə biz kimlərdən müxalifət, özümüzə müttəfiq düzəltmək istəyirdik? İndi su axıb, çuxurunu da tapıb".

N.Adilovun bu fikrini Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı özünəməxsus şəkildə dəstəkləyərək Facebook səhifəsində Müsavatın ünvanında kəskin ifadələr işlədib:

“Natiq bəy düz yazıb, ona görə də neçə illər çalışsaq da bu adamlardan bizə müttəfiq olmadı, həmişə yarıda qoyub qaçdılar.

Yox, bəylər biz sizdən fərqliyik və ona görə də sizlər cəbhəçi əxlaqı, cəbhəçi prinsipiallığı nədir bunu anlaya bilməzsiniz”.


Cəbhəçilərin iradlarına Müsavatın cavabı daha sərt və tutarlı olub. “Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan Facebook səhifəsində yazdığı statusunda Əli Kərimli və dəstəsini “zombilərə bənzədib”:

“Azərbaycan siyasətinə separatizmi dəb salan, satqınlıqla para qazandan, əsas missiyası öz partiyası, həmçinin müxalifət daxilində parçalanma yaratmaq olan birinin qaraguruh dəstəsi, zombiləri İkram İsrafilin oğlunun toyunda YAP-çı deputatın iştirakını bəhanə gətirib Müsavatın, İsa Qəmbərin üzərinə hücuma keçiblər. Bu düşüncənin sahibi iqtidar olmaq istəyirlər.Siyasətdən dəm vururlar”.

Qeyd edək ki, bu mövzu ilə bağlı sosial şəbəkələrdə cəbhəçilərlə Müsavat nümayəndələri arasında başlayan söz davası pik həddə çatıb.

A.Rüstəmov


Teqlər:  





Xəbər lenti