Əli Əhmədov baş naziri qarşıladı

Əli Əhmədov baş naziri qarşıladı
  27 Noyabr 2014    Oxunub:1558
Koreya Respublikasının Baş naziri Çunq Honq-von noyabrın 26-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
AzVison.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Çunq Honq-vonun şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Koreya Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirildi.

Baş nazir Çunq Honq-vonu hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşıladılar.

AzVision.azeli


Teqlər:





Xəbər lenti