Eks prezidentin oğlu tutuldu

Eks prezidentin oğlu tutuldu
  31 Mart 2015    Oxunub:2396
Moldovanın sabiq prezidenti Pyotr Luçinskinin böyük oğlu Sergey Rumıniyada saxlanılıb.
AzVision.az-ın Rusiya KİV-nə istinadən xəbər verir ki, onun adı korrupsiya hallarında çəkilir.

Sergey Luçinskiy martın 30-u Ruminiyanın korrupsiya ilə mübarizə üzrə milli idarəsi tərəfindən saxlanılıb. O, 4 milyon avronu mənimsəməkdə və öz şəxsi nüfuzundan istifadə edərək biznesmenlərə təsir etməkdə günahlandırılır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti