Duman, çiskin olacaq

Duman, çiskin olacaq
  01 Aprel 2015    Oxunub:1221
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Gündüz mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 7-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 01-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şimal və şərq rayonlarında isə yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti