Duman, çiskin olacaq

Duman, çiskin olacaq
  28 Fevral 2015    Oxunub:1347
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 8-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 761 mm civə sütununa düşəcək, nisbi rütubət gecə 75-80, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, bəzi şimal və şərq rayonlarında çiskin olacağı gözlənilir. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 7-12 isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti