Dollar bahalaşdı

Dollar bahalaşdı
  04 Avqust 2015    Oxunub:2657
Bu gün avqustun 1-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.
AzVision.az məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) avqustun 4-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0002 manat və ya 0,02% artaraq 1,0495 manata yüksəlib.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0006 manat və ya 0,06% azalaraq 1,1482 manat olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti