Dilqəm üçün Gürcüstandan həkimlər çağırıldı – ÖZƏL

Dilqəm üçün Gürcüstandan həkimlər çağırıldı – ÖZƏL
  24 Yanvar 2015    Oxunub:10605
Kəlbəcər rayonunda girov götürülən azərbaycanlı Dilqəm Əsgərov ailəsinə məktub göndərib.

Bu barədə AzVision.az-a D. Əsgərovun qardaşı Sahib Musayev məlumat verib. O, qeyd edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə göndərilən məktub artıq ailəyə çatdırılıb. Məktubda qeyd edilib ki, Dilqəm Əsgərovu müayinə etmək üçün Gürcüstandan həkimlər dəvət edilib:

“Beynəlxalq Qızl Xaç Komitəsinin vasitəçiliyi ilə Gürcüstandan həkimlər gəlmişdi. Məni müayinə etdilər. Hələlik səhhətim normaldır. Hər kəsə salam olsun”.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, bugünki mətbuat konfransında Dilqəm Əsgərovun taleyi barədə danışıb.

S.Lavrov qeyd edib ki, D.Əsgərovu erməni tərəfi saxlayıb və bu məsələni Ermənistanla müzakirə edəcəklər.

Xatırladaq ki, Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş “məhkəmə” prosesi yekunlaşıb. D. Əsgərova ömürlük həbs cəzası, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Hafiz Əhmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti