Deputatlar toplanır - Gündəlikdə 32 məsələ var

Deputatlar toplanır - Gündəlikdə 32 məsələ var
  03 Oktyabr 2015    Oxunub:2934
Azərbaycan Milli Məclisin növbəti plenar iclası oktyabrın 6-da keçiriləcək.
Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.

Mətbuat katibi bildirib ki, ümumilikdə gündəliyə 32 məsələ daxildir: “Bir neçə hökumətlərarası sazişlərin təsdiq edilməsi, Cinayət, Cinayət Prosessual, Cəzaların İcrası, İnzibati Xətalar Məcəllələrinə, “Dini etiqad azadlığı haqqında”, “KİV haqqında”, “Banklar haqqında”, “İnvestisiya fondları haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Polis haqqında”, “Yol hərəkəti haqqında”, Təhsil haqqında”, “Milli Arxiv Fondu haqqında”, “İctimai Televiziya və Radio Yayımı haqqında” və digər qanunlara dəyişikliklər edilməsi nəzərdə tutulur”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti