Deputatın qızından qeyri-adi layihə (FOTOLAR)

Deputatın qızından qeyri-adi layihə (FOTOLAR)
  20 Aprel 2015    Oxunub:6999
Azərbaycan Milli İncəsənət Muzeyində Mənzər Hacıyeva və Nərminə Vəliyevanın “Metamorfoz” adlı birgə layihələrinin təqdimatı keçirilib. Sərgidə 20 geyim modeli və 15 rəsm əsəri nümayiş olunub.
Milli İncəsənət Muzeyinin direktoru Çingiz Mustafayev, Rəssamlar İttifaqının katibi, professor Ağaəli İbrahimov gənc və istedadlı xanımları təbrik edib, onlara gələcək yaradıcılıqlarında uğurlar arzulayıb. Xalq rəssamı professor Salhab Məmmədov tələbəsi Nərminə Vəliyevanı çox istedadlı rəssam kimi tanıdığını və onun Azərbaycan incəsənətində özünəməxsus bir yolu olduğunu qeyd edib.

Hər iki istedadlı xanım layihədə qadınların duyğularını əks etdiriblər. Dizayner Mənzər Hacıyeva öz geyimləri ilə xanımların dəyişən obrazlarını həyatın müxtəlif etaplarında göstərməyə çalışıb. Rəssam Nərminə Vəliyeva əsərlərində Orxoz qadınlar təsvir edib. Orxoz qədim yunan sözü olub və tərcümədə yumurta deməkdir. Bu da qadınların həyatın başlanğıcı, yeni doğuluş, həyat simvolu olmasına işarə edir. Əsərlərdə qadın hissələrinin, duyğularının müxtəlif çalarları əks edilib. Təqdimat mərasimi qonaqlar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Mənzər Hacıyeva sabiq deputat, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyevin qızıdır.

Qalereya




Teqlər:  





Xəbər lenti