Deputatdan Əli Kərimliyə sərt cavab: `Adam kişi olar...`

Deputatdan Əli Kərimliyə sərt cavab: `Adam kişi olar...`
  29 İyul 2016    Oxunub:10838
AXCP sədri Əli Kərimli və komandası xarici havadarlarının tapşırığı ilə Referendum əleyhinə çirkin kampaniyaya start verib. O, bir qədər də irəli gedərək Milli Məclisin deputatlarına sataşıb.
Kərimli Facebook-dakı son statusunda xalqın iradəsini şübhə altına qoyaraq müxalifət partiyalarından Milli Məclisə seçilən deputatlara qara yaxmağa başlayıb, onları “cib müxalifəti”, “Yeni Azərbaycan Partiyası tərəfindən təyin olunmuşlar” adlandırıb.

Milli Məclisin deputatı, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Əli Kərimlinin fikirlərinə cavab verib.

O, AzVision.az-a açıqlamasında deyib ki, vaxtilə deputat olan Əli Kərimli və Cəmil Həsənli mandatın necə əldə edildiyini yaxşı bilir:

“Əli Kərimli iki dəfə deputat seçilib. Ona görə də Cəmil Həsənli və Əli Kərimli deputatların necə seçildiyini gözəl bilirlər. Onlar öz təcrübələrindən danışırlar. Amma, mən onlar kimi deputat seçilməmişəm. 2013-cü ilin prezident seçkilərində Cəmil Həsənli xalqa xitabən dedi ki, “deputat mandatları ya peşkəş edilir, ya da pulla satılır”. Bu ifadəsindən sonra ona sual verdim ki, Cəmil Həsənli, siz deputat mandatını satın almışdınız, yoxsa peşkəş etmişdilər? Cavab verə bilmədi”.

A.Əlizadə Ə. Kərimliyə xitabən deyib: “Adam kişi olar. Danışanda ya faktla danış, ya da sus. Katoliklərdə belə bir adət var. Deməli, nikah zamanı keşiş müraciətində deyir ki, kimsə izdivacın mümkünsüzlüyü ilə bağlı nə isə bilirsə, ya indi desin, ya da ömürlük sussun. İndi bizi cib müalifəti adlandıran Əli Kərimli ortaya bir fakt qoysun ki, kim pulla alıb, kimə peşkəş ediblər”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti