Dənizdə insanları kim öldürür?

Dənizdə insanları kim öldürür?
  04 Avqust 2015    Oxunub:10392
Xəzər dənizində insanların batması barədə hər gün kütləvi informasiya vasitələrində xəbərlər dərc olunur. Cəmiyyətdə bu xəbərlər birmənalı olaraq qarşılanmır.
Uzun müddətdir ki, bəzi şəxslər belə düşünürlər ki, dənizdə insanlar xilasedicilər tərəfindən qəsdən batırılır.

Hətta iddia edilir ki, qrup şəkilində fəaliyyət göstərən xilasedicilər insanları suda çimən zaman yaxalayıb, dənizin dibinə aparırlar və həmin şəxsin özü və yaxınlarından müəyyən məbləğdə pul vəsaitləri tələb edirlər.

Bəs, görəsən bunlar doğrudurmu?

Məsələ ilə əlaqədar olaraq Millli Məclisin deputatı Fazil Mustafa ilə əlaqə saxladıq.
Xəzər dənizin hasarlanması ilə bağlı parlamentdə bir neçə dəfə məsələ qaldıran deputat AzVision.az-a açıqlamasında dənizdə təhlükəsizlik tədbirlərinin daha da gücləndərilməsinin vacibliyini qeyd edib.

Deputat insanların dənizdə qəsdən öldürülməsi iddiasının mümkün olduğunu deyib: “Bu barədə qəti söz söyləməkdə çətinlik çəkirəm. Hər halda vəziyyət acınacaqlıdır. Hər gün neçə insan dənizdə məhv olur. Hər halda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə düşünməliyik.

Hasarlama məsələsi isə artıq bir kriminal xarakter daşıyır və bunun qarşısını almaqda cəmiyyət acizdir. Dənizin bu cür insanların əlindən alınmasının başqa adı yoxdur”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti