Dənizdə batan 3 nəfər xilas edilib

Dənizdə batan 3 nəfər xilas edilib
  25 Avqust 2016    Oxunub:1447
Bakıda dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər xilas edilib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Sabunçu rayonunda olub.

Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti