Dəhşətli istidən ölənlərin sayı artır: 1118 nəfər

Dəhşətli istidən ölənlərin sayı artır: 1118 nəfər
  28 May 2015    Oxunub:2192
Hindistanda 50 dərəcəyə çatan istilər səbəbindən ölənlərin sayı 1118 nəfərə çatıb. Hindistanda dəhşətli istilə can almaqda davam edir. Rəsmiləri ölü sayının artacağını bildirib.
AzVision.az xəbər verir ki, Qərbi Benqal və Orissa ərazilərində 24 nəfər, 46 dərəcə isti olan Telangana ştatında isə 226 nəfər dünyasını dəyişib.

Hindistan Meteorologiya İdarəsi Orissa, Jarkhand və Andra Pradeş ştatlarında 45 dərəcədən artıq istilərin olacağını bildirib.

Eldar Tanriverdiyev


Teqlər:  





Xəbər lenti