Davudoğludan İlham Əliyevə ad günü təbriki

Davudoğludan İlham Əliyevə ad günü təbriki
  22 Dekabr 2014    Oxunub:1637
Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.
AzVision.az-ın məlumatına görə, təbrikdə deyilir:

-Hörmətli cənab Prezident,

Sizi doğum gününüz münasibətilə millətim, hökumətim adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Əlaqələrimizin bugünkü strateji müttəfiqlik səviyyəsinə çatmasında Zati-alinizin dəyərli töhfələrinin oynadığı rolun əhəmiyyətini yüksək qiymətləndirdiyimizi ifadə etmək istəyirəm. Eyni zamanda, geniş dünyagörüşünüz və müdrik liderliyiniz sayəsində qardaş Azərbaycanın sürətlə inkişaf etdiyini, həm beynəlxalq aləmdə, həm də regionda getdikcə daha qüdrətli söz sahibinə çevrilməsini görməkdən çox məmnunuq.

Eyni zamanda, 2015-ci il yanvarın 15-də ölkəmizə edəcəyiniz səfər zamanı Zati-aliniz ilə görüşməkdən şad olacağam.

Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, dost və qardaş Azərbaycan xalqının əmin-amanlığı və rifahı naminə ən səmimi arzularımı ifadə edirəm.


Teqlər:  





Xəbər lenti