Davudoğlu qol güləşdirdi və uduzdu - VİDEO

Davudoğlu qol güləşdirdi və uduzdu - VİDEO
  16 Aprel 2016    Oxunub:16417
Türkiyənin baş naziri Əhməd Davudoğlunun Düzcə şəhərində yerli sakinlərlə görüşündə maraqlı anlar baş verib.
AzVision.az-ın məlumatına görə, nazir Enes adlı uşağın onunla şəkil çəkdirmək istəyinə “Gəl, qol güləşdirək” deyə cavab verib.

Qol güləşi zamanı baş nazir uşağa “mənə qalib gəlmə, biabır olaram” deyib. Davudoğlu güləş zamanı bilərəkdən məğlub olub.

Həmin görüntüləri təqdim edirik.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti