DİN Respublika stadionunu nəzarətə götürdü

DİN Respublika stadionunu nəzarətə götürdü
  26 Noyabr 2015    Oxunub:6492
Daxili İşlər Nazirliyi (DİN) bu gün keçiriləcək “Qarabağ”- “Tottenhem” oyunu ilə əlaqədar Tofiq Bəhramov adına Respublika stadionunu nəzarətə götürüb.
Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov AzVision.az-a açıqlamasında bildirib ki, stadionda bütün təhlükəsizlik tədbirləri görülüb və oyun zamanı polis əməkdaşları tərəfindən asayişin pozulması hallarının qarşısı zamanında alınacaq.

“Stadionda zəruri olan bütün təhlükəsizlik tədbirləri görülüb. Oyun zamanı da həmin təhlükəsizlik tədbirləri davam etdiriləcək”-deyə DİN rəsmisi vurğulayıb.

“Qarabağ” (Azərbaycan) - “Tottenhem” (İngiltərə) qarşılaşması bu gün saat 22:00-da başlayacaq.

Qeyd edək ki, Parisdə baş verən dəhşətli terror hadisəsindən sonra dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da təhlükəsizlik məsələsi ön plana çıxıb.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti