Cüdo Federasiyası idmançıların ittihamlarına cavab verdi

Cüdo Federasiyası idmançıların ittihamlarına cavab verdi
  02 İyul 2015    Oxunub:9725
Əslində yarışlara yalnız Kifayət Qasımova düşürdü


“Qızlar Füzuli Ələkbərovu görməyib. O, qızlarla maraqlanmayıb”. Bunu AzVision.az-a Azərbaycan Cüdo Federasiyasının qızlardan ibarət milli yığmasının baş məşqçisi İbadulla Şabanov deyib. O, milli yığmanın üzvlərinin mətbuata verdiyi açıqlamaları təsdiqləyib:

“Əslində yarışlara yalnız Kifayət Qasımova düşürdü. Yarışlar Bakıda yox başqa yerdə olsaydı yəqin ki, digər qızları yarışa buraxmazdıq. Çünki onlarda reytinq güclü deyildi. Halbu ki, bu yarışa çox reytinqli idmançılar gəlmişdi. Bakıda keçirildiyinə görə onları yarışa buraxdıq ki, onlar da reytinq yığsınlar. Kifayət Qsımova heç bir təlim məşq toplantısına getməmişdi. Həm zədəli idi, həm də o vaxt məşqə getmək istədikdə dedilər ki, pulumuz yoxdur. Qızlar gedib yarışlarda uduzublar, gedib heç nə edə bilmirlər”.

Federasiyadakı maddi sıxıntı ilə bağlı danışan baş məşqçi onu da qeyd etdi ki, anoloji vəziyyət bütün Federasiyalarda da var:

“Maddi sıxıntı tək Cüdo Federasiyasında deyil. Bütün federasiyalarda sıxıntı var. Hər idmançıya Federasiya pul buraxa bilməz. Amma I Avropa Oyunları zamanı dedilər ki, bütün idmançılar nazirliyə tabedir. Oyunlara qədər yarışların nizam-intizamına nazirlik baxacaq. Yəni bu ərəfədə nazirlik bizə heç bir problem yaratmadı. Tiflisə, Çexiyada məşqə getdik”.

Qızlardan ibarət komandaya bu günə kimi yalnız medal qazandıran Kifayət Qasımova olduğunu deyən İ.Şabanov bildirib ki, ondan başqa böyüklər arasında Avropa çempionatında yer tutan olmayıb:

“Bizim üçün ona görə çətin oldu. Çünki Avropa Oyunlarına paralel olaraq Avropa çempionatı gedirdi. Tək Avropa Oyunları olsaydı tam başqa cürə olardı. Güclü idmançılar bura gəlməzdi. Çünki iki gündən sonra dünya çempionatı başlayırdı. Yəni qızlardan çox medal gözləmək mümklün deyildi. Biz yalnız Kifayətdən medal gözləyirdik”.

Kişilədən ibarət milli komandaya qızlardan daha çox diqqət göstərildiyini deyən baş məşqçi bildirib ki, buna səbəb kişilərin reytinqdə nəticələrinin çox olmasıdır:

“Kim daha çox güləşir ona çox, kim az güləşir ona az baxacaqlar. Təbii olan bir şeydir. Allah qoysa düzələcək. Federasiya söz verib ki, yaxşı olacaq”.

Qeyd edək ki, bu gün Azərbaycan Cüdo Federasiyasının qızlardan ibarət milli yığmasının üzvlər Kifayət Qasımova, Aişə Qurbanlı, Xanım Hüseynova, Nərgiz İbrahimova Avropa Oyunlarındakı medalsız qalmalarına və Cüdo millisində baş verən özbaşınalıqları ilə bağlı qafqazinfo.az-a açıqlama veriblər.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti