Çörəkbişirmə sexində yanğın - 2 nəfər zəhərlənib

Çörəkbişirmə sexində yanğın - 2 nəfər zəhərlənib
  23 İyul 2014    Oxunub:979
Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan boya sexində yanğın hadisəsi baş verib.
AzVision.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, yanğın zamanı boya sexinə bitişik olan çörəkbişirmə sexində işləyən şəxsiyyətləri məlum olmayan 2 nəfər qadın tüstüdən zəhərlənib və Təcili Yardım Xidmətinə təhvil verilib. Obyektlər yanğından mühafizə olunub. Yanğın saat 13:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti