Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər

Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər
  21 Oktyabr 2016    Oxunub:1646
“Çempionlar Liqasının final matçı Avropa hüdudlarından kənarda, xüsusən, ABŞ-da keçirilə bilər. Bu pis ideya deyil, lakin biz bunu hələ müzakirə etməliyik”.
Bunu UEFA prezidenti Aleksandr Çeferin deyib. UEFA rəhbərinin fikrincə, Çempionlar Liqasının final matçının məkanı açıq müraciət kampaniyası zamanı müəyyən ediləcək. O, Nyu-Yorkun əsas namizədlər siyahısında olduğunu bildirib.

“Avropa klublarının fanatları üçün okeanı adlamaq problem olmayacaq”, - deyə UEFA prezidenti əlavə edib. (Apa)

AzVision.az


Teqlər:





Xəbər lenti