Cenevrədə 12 saatlıq kritik görüş

Cenevrədə 12 saatlıq kritik görüş
  27 Avqust 2016    Oxunub:1782
İsveçrənin Cenevrə şəhərində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında görüş keçirilib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, görüş fasilələrlə 12 saatdan çox davam edib.

Tərəflərin əsas müzakirə mövzusu Suriya böhranı və onun aradan qaldırılması olub.

Con Kerri Lavrovla keçirdiyi mətbuat konfransında görüşün məhsuldar və konstruktiv keçdiyini deyib: “Suriyada atəşkəs rejiminin pozulması adi hal alıb. Atəşkəs rejiminə yalnız kağızda əməl olunur. Odur ki, razılaşmaya yenidən baxılmalıdır”.

AzVision.az



Teqlər:  





Xəbər lenti