Cəlilabadda güclü meşə yanğını

Cəlilabadda güclü meşə yanğını
  30 İyul 2015    Oxunub:2120
Cəlilabad meşəbəyliyinin 8 saylı dolayında yanğın hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, yanğının qarşısının alınması üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşları cəlb olunub.

İlkin ehtimala görə yanğının baş verməsinə səbəb avtomobildən atılan siqarət kötüyü olub.
Hazırda yanğının söndürülməsi istiqamətində ciddi tədbirlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, taxıl məhsullarının biçini zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə və xalqımızın milli sərvəti olan meşələrimizi qorumağa çağırır.

AzVision.az




Teqlər:





Xəbər lenti