Bulvarda karusellər pulsuz olacaq

Bulvarda karusellər pulsuz olacaq
  26 Noyabr 2014    Oxunub:2462
Yeni il öncəsi Dənizkənarı Bulvar ərazisindəki atraksionlardan uşaqlar pulsuz istifadə edəcəklər.
Bunu AzVision.az-a Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib:

“Dekabr ayında belə bir aksiyanın keçirilməsi gözlənilir. Adətən biz bayramlar ərəfəsində uşaqları sevindiririk. Bu il də yeni il ərəfəsində bir gün biz uşaqları sevindirəcəyik”.

N. Məcidov həmçinin bildirib ki, bu il bulvar ərazisində buz meydançası quraşdırılmayacaq.

O, qeyd edib ki, yeni ilə 15 gün qalmış bulvar ərazisində “yolkalar”-ın quraşdırılmasına start veriləcək.

Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti