Bu şəxsləri vəzifəyə təyin edənlər cəzalandırılacaq

Bu şəxsləri vəzifəyə təyin edənlər cəzalandırılacaq
  06 Oktyabr 2015    Oxunub:2424
Azərbaycanda dövlət sirri ilə işləməyə icazəsi olmayanları bu sahədə vəzifəyə təyin edənlər cəzalandırılacaq.
AzVision.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.

Məcəlləyə edilən əlavəyə əsasən, Azərbaycanda dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə görə vəzifəli şəxslər 500 yüz manatdan 700 manatadək miqdarda, hüquqi şəxslər isə 1500 manatdan 2000 manatadək miqdarda cərimə ediləcək.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti