Bu gün açılır. Kral və Oqtay Əsədov orada olacaq – VİDEO

Bu gün açılır. Kral və Oqtay Əsədov orada olacaq – VİDEO
  26 Avqust 2016    Oxunub:12048
Bu gün Türkiyənin İstanbul şəhəri Avropa və Asiya qitəsini üçüncü dəfə bir-birinə birləşdirən “Asma körpü”nün açılış mərasimi keçiriləcək.

AzVision.az xəbər verir ki, körpünün bünövrəsi 2013-cü ilin may ayında atılıb. Açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binali Yıldırımla yanaşı bir sıra ölkələrin hökumət və dövlət başçıları iştirak edəcək.

AzVision.az mərasimdə iştirak edəcək dövlət və hökumət başçılarının siyahısını təqdim edir:

Bəhreyn kralı Hamed bin İsa Əl Halifə, Bosniya və Herseqovina baş nazirlik konseyinin rəhbəri Bakir İzetbegoviç, Makedoniya baş naziri Girogi İvanov, Şimali Kipr rəhbəri Mustafa Akıncı, Bolqarıstan baş naziri Boyko Borisov, Pakistanən Pəncab vilayətinin baş naziri Şahbaz Şərif, Serbiya baş nazirinin köməkçisi Rasim Lyayiç və bir sıra ölkələrinin nəqliyyat və iqtisadiyyat nazirlərinin iştirak edəcəyi gözlənilir.

Eyni zamanda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslər İstanbulda Bosfor körfəzi üzərində üçüncü körpünün açılışı mərasimində iştirak etmək üçün bu gün Türkiyəyə səfər ediblər.

IX Osmanlı padşahının adını daşıyan Yavuz Sultan Səlim körpüsü 59 metr eni və 1408 metrlik uzunluğu ilə dünyanın ən geniş və uzun rels sisteminə malik “Asma körpü”sü adını qazanacaq. Körpünün üzərində avtomobillərin hərəkəti üçün 4 gediş və 4 dönüş olmaqla 8 hərəkət zolağı və iki dəmiryol xətti salınıb. Köprüdən keçən hər avtomobil 3, böyük yük maşınları isə 15 dollar ödəyəcək.

Asma körpünün konsept dizaynını və memarlıq işini isə məşhur fransız memarları icra edib. Körpüdə tamamlanma işləri yekunlaşıb, test yürüşləri həyata keçirilir.
Watch video!

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti