Bu dərmanın qeydiyyatı ləğv edilib

Bu dərmanın qeydiyyatı ləğv edilib
  25 İyul 2016    Oxunub:2049
Azərbaycanda bir dərmanın dövlət qeydiyyatı ləğv edilib.
AzVision.az Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin saytına istinadən bildirir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 23 iyun 2016-cı il tarixli 159-S nömrəli sərəncamı ilə Macarıstanın “EGİS Pharmaceutical PLC” şirkətinin istehsalı olan “Bioparox" adlı aerozol dərman vasitəsində (Qeydiyyat vəsiqəsi: DV № 15-00640) yüksək risk və ciddi allergik reaksiyalar aşkar olunub.

Bununla əlaqədar həmin dərman vasitəsinin dövlət qeydiyyatı ləğv edilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti