Bu ölkələrdə vətəndaşlıq pulla satılır - SİYAHI

Bu ölkələrdə vətəndaşlıq pulla satılır - SİYAHI
  18 Yanvar 2017    Oxunub:10058
Bəzi ölkələrdə vətəndaşlıq pulla satılır. Hətta elə dövlətlər var ki, orada daşınmaz əmlak almaqla vətəndaşlığa sahib olmaq mümkündür.

Maltada dövlətə 650 min avro ianə etməklə, 350 min avro dəyərində daşınmaz əmlak almaqla, həmçinin 150 min avroluq dövlət rüsumu ödəməklə vətəndaşlıq əldə etmək olar.



Yunanıstanda 250 min avro dəyərində daşınmaz əmlak alan və 4 nəfərlik ailə üçün 300 min avro dövlətə yardım edənlər vətəndaşlıq ala bilirlər. Bu ölkədə vətəndaşlıq aldıqdan sonra yaşama zəruriliyi yoxdur.



Dominikan Respublikasına 100 min dollar yatırım edən şəxs asanlıqla vətəndaşlıq ala bilər. Əgər həmin şəxs ailəlidirsə, məbləğ 200 min avroya qalxır.



Kanada vətəndaşı olmaq üçün 400 min dollarlıq sərmayə ilə bərabər 800 min dollar dəyərində mal varlığının olması zəruridir.



Avstriya vətəndaşı olmaq üçün 6-10 milyon avrol risk sərmayəsinin olması tələb olunur. Eyni zamanda 2 milyon avro ianə qarşılığında vətəndaşlıq əldə etmək mümkündür.



Qvatemalada 5 il ərzində dövlət layihələrinə 50 min dollar yatırım etməklə bu ölkənin vətəndaşı olmaq mümkündür.



Honk-Honkda 1 milyon 260 min dollar həcmində sərmayə qoymaq vətəndaşlıq almaq üçün kifayətdir.



Makedoniyada 40 min avroluq daşınmaz əmlak alanlara 1 il yaşayış hüququ verilir. 400 min avro dəyərində sərmayə qoyanlar və 10 işçinin çalışmasına şərait yaradanlar asanlıqla vətəndaşlıq əldə edə bilirlər.



Uruquvayda vətəndaşlıq almaq üçün sərmayə qoymaq tələb olunmur. Bu ölkədə dambaşına 1200 dollar gəlirin olması zəruridir ki, əvvəlcə müvəqqəti yaşama hüququ verilir. 3 ildən sonra vətəndaşlıq əldə etmək olur.



Almaniyada vətəndaşlıq əldə etmək üçün 250 min avro sərmayə qoymaq yetərlidir.



Albaniyada azı 200 min dollar sərmayə qoyan iş adamlarına vətəndaşlıq verilir.



İngiltərədə 5 il müddətdinə 1 milyon funt-sterlinq sərmayə qoyanlar vətəndaşlıq haqqı qazanır.



İrlandiyada 500 min avro sərmayə qoyanlar hökumətin müəyyən edəcəyi müddətdən sonra vətəndaşlıq əldə edə bilirlər.



İspaniyada 160 min avro və bundan bahalı mənzil, daşınmaz əmlak alanlara yaşama və Avropa Birliyi daxilində sərbəst səyahət etmək, eyni zamanda çalışmaq hüququ verilir.



Monteneqroda 500 min avrodan artıq sərmayə qoyan iş adamları rahatlıqla vətəndaşlıq olmaq imkanlarına malikdirlər.



Portuqaliyada 500 min avroluq daşınmaz əmlak alana yaşama hüququ, 1 milyon avro sərmayə qoyanlara isə vətəndaşlıq verilir.



Ukraynada şirkət adına açılan bank hesabında 100 min dollar olan şəxslərə müddətsiz yaşama hüququ verilir.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti