Bu il Aralıq dənizində 3800 mühacir həyatını itirib

Bu il Aralıq dənizində 3800 mühacir həyatını itirib
  27 Oktyabr 2016    Oxunub:1156
2016-cı ildə dəniz yolu ilə Avropaya keçmək istəyən 3 min 800-dən çox mühacir həyatını itirib. Bu, müasir dövrün mühacirət tarixinin kədər doğuran rekordudur.
Anadolu agentliyi xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının təmsilçisi Uilyam Spindler sosial mediada yaydığı açıqlamada bu ilin Aralıq dənizi ilə Avropaya keçməyə can atarkən həlak olan qaçqınların sayı baxımından ən ölümcül il olduğunu bildirib.

O qeyd edib ki, ötən il Aralıq dənizində 3 min 771 nəfər həyatını itirmişdi. 2015-ci ildə Avropa sahillərinə 1 milyon 15 mindən çox mühacir gəldiyi halda, bu ilin ötən dövründə onların sayı 327 min 800 nəfər olub.

AzVision.az


Teqlər:





Xəbər lenti