Biznes üçün tələb olunan icazələrin sayı azaldıla bilər

Biznes üçün tələb olunan icazələrin sayı azaldıla bilər
  09 Fevral 2016    Oxunub:1682
"İcazələrin sayının azaldılması ilə bağlı təkliflər Prezident Administrasiyasına təqdim olunub".
AzVision.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Lisenziyalar və icazələrin verilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir müavini bildirib ki, gələcəkdə hər hansı yeni lisenziyalaşdırılan fəaliyyət növü təklif olunsa, bu mütləq qanunla təsdiq edilmiş fəaliyyət növlərinin siyahısına daxil edilməlidir: “Həmin fəaliyyət növlərinin siyahısı təsdiq olunub və nazirlik tərəfindən icazələrin sayının optimallaşdırılması istiqamətində təkliflər hazırlanaraq aidiyyatı üzrə Prezident Administrasiyasına təqdim olunub. Çünki qanun layihəsi ilə birlikdə həm lisenziyalaşdırılan fəaliyyət növlərinin, həm də icazələrin siyahısı təsdiq olunmalıdır. Hesab edirəm ki, "Lisenziyalar və icazələrin verilməsi haqqında" qanun layihəsi təsdiq olunandan sonra siyahılar təsdiq olunacaq. Ümumilikdə bu prosesin tənzimlənməsi beynəlxalq təcrübədə qəbul olunan standartlara uyğun şəkildə normaların bu qanunda öz əksini tapması ölkədə biznes mühitin yaxşılaşdırılması istiqamətində atılan böyük addımlardan biri olacaq".

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti