Bir gündə 66 cinayət

Bir gündə 66 cinayət
  30 Yanvar 2015    Oxunub:1529
Yanvarın 29-da respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 66 cinayət faktından 33-nün üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınan 5 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 36 nəfər tutulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti